Tramp Zelenskinin DƏYİŞDİRİLMƏSİNİ İSTƏYİR
Kiyev ABŞ Prezidenti Donald Trampın Volodimir Zelenskinin prezident postundan uzaqlaşdırılması təklifinə məhəl qoymayıb. Amerika lideri Zelenskini Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrə görə tənqid edərək, bu hücumların dünyada enerji qiymətlərinin artmasına səbəb olduğunu iddia edib.
Sitat.info xəbər verir ki, bu barədə “The New York Times” yazır.
Trampın sözlərinə görə, Ukraynaya “yeni prezident” lazımdır. Zelenski isə cavabında bildirib ki, Ukrayna Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa hazırdır, amma bunun üçün Rusiya da Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmalıdır.
Ukrayna xarici işlər naziri Andrey Sibiqa bundan sonra bəyan edib ki, Zelenski Ukrayna xalqı tərəfindən dəstəklənir və qərar vermək hüququ xalqa məxsusdur: “Xaricdən səsləndirilən bəyanatlar yalnız onun öz işini yaxşı yerinə yetirdiyini təsdiqləyir”.