Trampdan Nobel üsyanı: 8 münaqişəni bitirmişəm...
ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona verilməməsinə etiraz edib.
“8 müharibəni bitirmişəm” deyən Tramp, mükafatın adını heç eşitmədiyini iddia etdiyi bir şəxsə verilməsini tənqid edib.
Sitat.info xəbər verir ki, Nyu-Yorkda keçirilən mitinqdə çıxış edən Tramp Nobel Komitəsinin bu il mükafatı ona verməmək qərarını tənqid edərək, bunun Norveç üçün “silinməz ləkə” olduğunu bildirib.
Tramp davam edən 8 münaqişəni sona çatdırdığını iddia edərək, bu səylərinə görə 8 Nobel Sülh Mükafatı almalı olduğunu söyləyib.
O, builki mükafatın qalibi barədə isə belə deyib: “Çox insan tanıyıram. Bu şəxsi heç vaxt eşitməmişəm, amma yenə də təbrik edirəm”.
Tramp əlavə edib ki, onun təmsil etdiyi ABŞ Nobel Sülh Mükafatını almalı idi, lakin mükafat ölkəsinə verilməyib.
Aytac,
Sitat.info