Hörmüzdə sular isinir: LPG daşıyan böyük gəmi vuruldu
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının cənubundakı alternativ marşrutdan istifadə etməyə çalışan “NV Sunshine” adlı böyük mayeləşdirilmiş neft qazı (LPG) daşıyan gəmiyə zərbə endirildiyini açıqlayıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində gəminin mühərrik bölməsində yanğın başlayıb.
İran tərəfi oxşar hadisələrə görə ABŞ ordusunu da ittiham edib. Qurum ABŞ-ın gəmilərə və sığorta şirkətlərinə təzyiq göstərdiyini iddia edib.
İran İnqilab Keşikçiləri Korpusu, həmçinin İranın razılığı olmadan Hörmüz boğazından keçməyə çalışan gəmilərin regionun digər ərazilərində də izləniləcəyi və cəzalandırılacağı barədə xəbərdarlıq edib.
Nigar,
Sitat.info