Qəzzada 3 ildə İsrail hücumunda 22 min uşaq öldürülüb

Qəzzada 3 ildə İsrail hücumunda 22 min uşaq öldürülüb
Gündəm 10 Oktyabr 2026 11:41

İsrailin Qəzza zolağına hücumları nəticəsində üç il ərzində 21 min 976-sı uşaq olmaqla, ümumilikdə 74 min 237 fələstinli həyatını itirib.

Sitat.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin hesabatında bildirilib.

Məlumata görə, hücumlar nəticəsində 175 min 267 nəfər yaralanıb. Müharibə zamanı 71 mindən çox uşaq valideynlərini itirərək yetim qalıb. Qəzzadakı 38 xəstəxananın hamısı hücumların hədəfi olub, onlardan 19-u fəaliyyətini dayandırıb.

Aytac,

Sitat.info