ADY-dən yükdaşımalarla bağlı açıqlama 

ADY-dən yükdaşımalarla bağlı açıqlama 
İQTİSADİYYAT 09 Oktyabr 2026 13:35

2026-cı ilin 9 ayında Astara Terminalında (İran ərazisində) 631 min tondan çox yük aşırılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 33 faiz çoxdur.

2026-cı ilin sentyabr ayında müvafiq göstərici 52 faiz artaraq 93 min tondan çox olub.