"Brent" neftinin 2026-cı il üzrə qiymət proqnozu artırıldı
İnformasiya Administrasiyası (EIA) "Brent" markalı xam neftin 2026-cı il üzrə orta qiymət proqnozunu 91,01 dollardan 96,32 dollara yüksəldib.
Sitat.info xəbər verir ki, EIA-nın aylıq hesabatına əsasən, qurum 2026-cı ilin dördüncü rübündə "Brent" neftinin spot qiymətinin orta hesabla 105 dollar/barel olacağını gözləyir ki, bu da əvvəlki proqnozdan 14 dollar çoxdur.
EIA sentyabr ayında "Brent" neftinin orta spot qiymətinin 114 dollar/barel olduğunu və bunun avqust ayı göstəricisindən 23 dollar yüksək olduğunu qeyd edib.