AFFA "Turan Tovuz"u 11 min manat cəzalandırdı

AFFA \"Turan Tovuz\"u 11 min manat cəzalandırdı
İdman 25 Noyabr 2026 15:56

Azərbaycan Premyer Liqasının XII turunda baş verən qayda pozuntularına görə “Sumqayıt”, “Şamaxı” və “Turan Tovuz” klubları cəzalandırılıb.

Sitat.info xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin qərarında bildirilib.

Noyabrın 20-də keçirilən “Sumqayıt” – “Sabah” oyununda meydan sahiblərinin futbolçusu Lukas Blek 33-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən futbolçu bir oyunluq cəzalanıb, “Sumqayıt” klubu 500 manat cərimələnib.

Noyabrın 21-də keçirilən “Şamaxı” – “Turan Tovuz” matçında isə hər iki komandanın məşqçisi qırmızı vərəqə alıb. Rəqibi təhqir etdiklərinə görə “Şamaxı”nın məşqçisi Araz Bağırov və “Turan Tovuz”un məşqçisi Yunis Hüseynov hərəyə 3 oyunluq cəzalandırılıb. Hər iki klub 8000 manat cərimə edilib.

Həmin görüşün 75-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Xorxe Silva təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. O, bir oyunu şərti olmaqla 3 matçlıq cəzaya məruz qalıb. Futbolçuya 6 aylıq sınaq müddəti təyin edilib. Tovuz təmsilçisi əlavə olaraq 3000 manat cərimələnib.

Beləliklə, “Şamaxı” və “Turan Tovuz” klublarına ümumilikdə 19 min manat, “Sumqayıt”a isə 500 manat cərimə tətbiq olunub.