Bu ölkədə GÜCLÜ ZƏLZƏLƏ
İndoneziyanın şimalında yerləşən Sulavesi adası yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Sitat.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 144 min nəfərin yaşadığı Qorontalo şəhərindən 154 kilometr qərbdə, ocağı isə 184 kilometr dərinlikdə yerləşib.
Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi ilə bağlı xəbərdarlıq da edilməyib.