Rusiya bu şəhərə bomba atdı: Xeyli sayda HƏLAK OLAN VAR

Rusiya bu şəhərə bomba atdı: Xeyli sayda HƏLAK OLAN VAR
Dünya 10 Oktyabr 2026 16:50
Ukraynanın Zaporojye şəhərində yaşayış evlərinə endirilən zərbələr nəticəsində azı 12 nəfər ölüb, onların arasında üç uşaq var.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat yayıb.

Onun sözlərinə görə, hücum nəticəsində daha 14 nəfər yaralanıb, onlardan ikisinin vəziyyəti ağırdır. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir. Daha 12 nəfərin hücum zamanı həmin ərazidə ola biləcəyi ehtimal edilir və onlar barədə məlumat dəqiqləşdirilir.

Zelenski bildirib ki, gecə ərzində Ukraynanın 13 vilayəti hücuma məruz qalıb. Yaşayış evlərinə, infrastruktura və dəmir yoluna ziyan dəyib.

Ukrayna Prezidenti Rusiyanın dizel yanacağının ixracına tətbiq edilən sanksiyaların yumşaldılmasına cavab olaraq Zaporojyeyə zərbə endirdiyini iddia edib.