Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü

Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
SOSİAL 10 Oktyabr 2026 15:36
Azərbaycanda bu gündən etibarən ov mövsümü açıq elan edilib.

Sitat.info xəbər verir ki, bu barədə qərar "Ov Məsələləri üzrə Koordinasiya Şurası"nın iclasında qəbul edilib.

Ov etmək istəyən vətəndaşlar ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları barədə məlumatları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eco.gov.az rəsmi internet səhifəsinin "Elanlar" bölməsindən əldə edə bilərlər.