Azərbaycanlı gənc qəfildən Polşada vəfat etdi

Azərbaycanlı gənc qəfildən Polşada vəfat etdi
HADİSƏ 10 Oktyabr 2026 22:35

Marneuli bələdiyyəsinin Candar kənd sakini, 25 yaşlı Azər Mehtiyev Polşada vəfat edib.

Sitat.info 24News.ge-yə istinadən xəbər verir ki, Azər Mehtiyev evdə olduğu zaman qəfil ürəyi dayanıb və həyatını itirib.

Məlumata əsasən, mərhum işləmək məqsədilə Polşaya gedibmiş.

Hazırda onun nəşinin doğma kəndinə gətirilməsi üçün zəruri sənədlərin hazırlanması istiqamətində işlər aparılır.