İsrail qüvvələri bu ölkəyə 236 milyon dollar zərər vurdu
İsrail qüvvələrinin Livanın cənubundakı Xiyam şəhərinin bir neçə ərazisində yanğın törətdiyi bildirilir.
Sitat.info xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, şəhərin müxtəlif məntəqələrində baş verən yanğınlar nəticəsində çoxlu sayda zeytun ağacına ziyan dəyib. Ərazidə geniş tüstü sütunları müşahidə olunub.
Qeyd edək ki, zeytunçuluq Livanın kənd yerlərində yaşayan ailələr üçün əsas gəlir mənbələrindən biridir. Məlumata görə, İsrailin Livanın cənubuna hərbi müdaxiləsi başlayandan bəri zeytun bağlarına hücumlar nəticəsində zeytun yağı sənayesinə azı 236 milyon dollar ziyan dəyib.
Aytac,
Sitat.az