Bu hava limanına HÜCUM-ÖLƏN VAR
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, bu barədə “Reuters” Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
Bildirilib ki, hadisə oktyabrın 11-də, bazar günü axşam saatlarında baş verib.
Məlumata görə, həlak olan şəxs Səudiyyə Ərəbistanında daimi yaşayan Pakistan vətəndaşıdır.
Hücum nəticəsində dəymiş ziyanın miqdarı araşdırılır.