Əliyev İspaniya Kralını təbrik etdi

Əliyev İspaniya Kralını təbrik etdi
SİYASƏT 12 Oktyabr 2026 11:15
Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın Kralı VI Felipeyə təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost İspaniya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.