ABŞ-də meşədə güclü yanğın-Sakinlər təxliyə edilir
ABŞ-nin Kaliforniya ştatında, Los-Anceles dairəsinin Santa Klarita ərazisində baş verən meşə yanğını yaxınlıqda yaşayan sakinlərin təxliyəsinə səbəb olub
Sitat.info xəbər verir ki, bu barədə CBS News oktyabrın 11-də məlumat yayıb.
Məlumata görə, axşam saatlarında yanğının 68 faizi lokallaşdırılıb. Alovun gözlənilməz istiqamətlərdə yayılması səbəbindən Los-Anceles dairəsinin rəsmiləri vəziyyətə uyğun olaraq müxtəlif təxliyə əmrləri və xəbərdarlıqlar veriblər.