Kreml: Ukrayna cəbhədəki reallıqları qəbul etməlidir

 Kreml: Ukrayna cəbhədəki reallıqları qəbul etməlidir
Dünya 12 Oktyabr 2026 12:02

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna hakimiyyətinin sülhə nail olmaq üçün cəbhədəki reallıqları qəbul etməyə siyasi iradə göstərməli olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Peskov RİA Novosti-yə açıqlamasında Ukrayna prezidenti Volodimir Zelenskinin müharibəni başa çatdırmaq üçün çətin qərarlar verməli olduğunu deyib.

O, Ukraynanın hücum imkanlarının azaldığını iddia edərək, Rusiya ordusunun raket və pilotsuz uçuş aparatlarının istehsalı, yığılması və saxlanması ilə məşğul olan obyektləri hədəf aldığını bildirib.

Nigar,

Sitat.info