İran Səudiyyə Ərəbistanı ilə husilər arasında vasitəçilik təklif edib  

 İran Səudiyyə Ərəbistanı ilə husilər arasında vasitəçilik təklif edib  
Dünya 12 Oktyabr 2026 12:06

İran Səudiyyə Ərəbistanı ilə husilər arasında böhranın həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirib.

Sitat.info xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhanla telefon danışığında tərəfləri dialoqa çağırıb. O, böhranın hərbi yolla həllinə cəhdlərin regionda gərginliyi daha da artıracağını vurğulayıb.

Qeyd edək ki, bu təklif Səudiyyə Ərəbistanındakı hava limanlarına hücumların və Hörmüz boğazında gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.

Aytac,

Sitat.info