Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu

Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Dünya 12 Oktyabr 2026 13:00
Türkiyənin Antalya şəhərində botoks etdirən 16 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü reanimasiyaya alınıb.
Sitat.info xəbər verir ki, xəstələrdə nəfəs darlığı, udma və danışma çətinliyi, əzələ zəifliyi və göz qapaqlarının sallanması müşahidə olunub.
Xəstələrdən biri botoks prosedurunu həkimin deyil, klinikanın katibəsinin həyata keçirdiyini iddia edib. O, prosedurdan bir neçə gün sonra gözünün bağlandığını və udmaqda çətinlik çəkdiyini bildirib.
Həkimlər baş verənlərin səbəbləri arasında mənşəyi məlum olmayan preparatların istifadəsini və prosedurların mütəxəssis olmayan şəxslər tərəfindən aparılmasını göstərirlər.
Mütəxəssislər botoksun yalnız müvafiq səlahiyyətə malik həkimlər tərəfindən, lisenziyalı tibb müəssisələrində tətbiq edilməsinin vacibliyini vurğulayırlar.