“Tarixin ən yaxşı oyunçusu mənəm” - Ronaldo
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun ulduzu Kriştianu Ronaldo özünü tarixin ən yaxşı oyunçusu hesab etdiyini bildirib.
Sitat.info xəbər verir ki, o, bu barədə “CNN Portugal”a müsahibəsində danışıb.
“Peleni, Messini və ya Maradonanı daha çox bəyənə bilərsiniz. Mən bunu başa düşür və hörmətlə qarşılayıram. Amma mən ən komplekt oyunçuyam. Düşünürəm ki, futbol tarixinin ən yaxşı oyunçusuyam. Özümdən daha yaxşısını görməmişəm”.
Ronaldo həmçinin milli karyerasını başa vuran Argentina yığmasının ulduzu Lionel Messidən də danışıb: “Bizim Messi ilə rəqabətimiz meydandan kənarda hər zaman hörmət çərçivəsində qalıb. Bu, Formula 1-in sabiq pilotları Ayrton Senna və Alen Prost arasındakı rəqabətə bənzəyir. Biz ikimiz öz limitlərimizi aşmaq üçün daim bir-birimizi motivasiya edirdik”.