İdmançımız dünya üçüncüsü oldu
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Sitat.info xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Qazaxıstan təmsilçisi Abulaxan Zhubanazar ilə qarşılaşıb.
Rəqibinə ipponla qalib gələn Rəcəbli bürünc mükafata sahib çıxıb.
Bu gün, həmçinin eyni çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev finalda qüvvəsini sınayacaq.
Daha əvvəl Vüsal Qələndərzadə (81 kiloqram) 1/8, Anna Zaytseva (63 kiloqram) 1/16 final mərhələsində rəqiblərinə uduzaraq turnirlə vidalaşıblar.
Qeyd edək ki, hazırda Azərbaycan millisinin aktivində 2 medal var. Əhməd Yusifov (60 kiloqram) qızıl, Rəşid Məmmədəliyev (73 kiloqram) isə bürünc mükafat qazanıb. Mundiala oktyabrın 11-də yekun vurulacaq.