Azərbaycan Dünya çempionatında daha bir medal qazandı

Azərbaycan Dünya çempionatında daha bir medal qazandı
İdman 06 Oktyabr 2026 19:12
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Sitat.info xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşıb.

Rəqibinə qalib gələn Məmmədəliyev dünya üçüncüsü olub.

Bu gün mübarizəyə qoşulan digər cüdoçular - Hidayət Heydərov (73 kiloqram) 1/8, Xədicə Qədəşova (57 kiloqram) 1/32 finalda rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub.