"Fənərbağça"nın sabiq qapıçısı vəfat ETDİ
Türkiyənin "Fənərbağça" klubunda çıxış etmiş qapıçı İlie Datku vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.
Sabiq qolkiper 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, rumıniyalı 1969-1975-ci illərdə "Fənərbağça"nın formasını geyinib. O, müddət ərzində 3 dəfə Türkiyə çempionu olub.