Messi Argentina millisində karyerasını başa vurur - Bu gecə vida oyunudur
Sitat.info xəbər verir ki, vida matçı Buenos-Ayresdəki “Monumental” stadionunda Benin seçməsinə qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 03:00-da başlayacaq.
Arenanın kassalarında satışa çıxarılan 85 min 018 biletin hamısı 2 saatdan az müddətdə satılıb.
Matçdan əvvəl Lionel Messi üçün tribunada xüsusi şou, videonümayişlər və konsert proqramı təşkil olunacaq.
“Adidas” şirkəti də Messinin milli komandada sonuncu oyunu üçün xüsusi vida forması hazırlayıb. Formada “M” loqosu, qızılı elementlər və futbolçunun əfsanəvi 10 nömrəsi əks olunub.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisinin formasını geyinir. O, yığmanın heyətində 207 matç keçirib və 125 qol vurub. Futbolçu Argentina ilə 2022-ci ildə dünya çempionu olub, həmçinin 2008-ci il Olimpiya Oyunlarında qızıl medal qazanıb. Onun aktivində 2021-ci və 2024-cü illərdə Amerika Kuboku, eləcə də 2022-ci ildə Finalissima turnirinin qalibi titulları var.
Messi karyerası ərzində rekord sayda – səkkiz dəfə “Qızıl top” mükafatına layiq görülüb. O, üç dəfə FIFA tərəfindən ilin ən yaxşı futbolçusu seçilib, altı dəfə Avropa liqalarının bombardiri kimi “Qızıl buts” mükafatını qazanıb. Bundan başqa, argentinalı futbolçu iki dəfə dünya çempionatının ən yaxşı oyunçusuna təqdim olunan “Qızıl top”un sahibi olub.