Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərini müzakirə ETDİ

Paşinyan Putinlə Ermənistan-Rusiya münasibətlərini müzakirə ETDİ
SİYASƏT 07 Oktyabr 2026 14:33

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

    Məlumata görə, Ermənistanın Baş naziri Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıb.

    Tərəflər Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar.