Türkiyə bu ölkədə hərbi bazasını qura bilər

Türkiyə bu ölkədə hərbi bazasını qura bilər
Dünya 07 Oktyabr 2026 11:39
Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yerləşdirə bilər.

Sitat.info xəbər verir ki, bu barədə "Türkiye" qəzeti yazıb. 

Nəşrdə qeyd olunur ki, "ölkədə Türkiyə bazasının yaradılması gündəmdədir. Əgər bu baş verərsə, Türkiyə ordusu 110 ildən sonra yenidən Məkkəni müdafiə edə biləcək".

Nəşr əlavə edib ki, Türkiyə, o cümlədən qısa və orta mənzilli hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə, Səudiyyə Ərəbistanının dörd strateji əhəmiyyətli qaz və enerji obyektinin müdafiəsində iştirak edə bilər. Türkiyə və Pakistan kontingentlərinin ölçüsünün, bölmələrinin tərkibinin və yerləşdirilmə yerlərinin yaxın günlərdə müəyyənləşdirilməsi gözlənilir.

Türkiyə artıq Səudiyyə Ərəbistanına 200-dən çox hərbi mütəxəssis göndərib, həmçinin elektron müharibə sistemləri, yerüstü və zenit-raket sistemləri təchiz edib. Ankara Yəməndə hücum əməliyyatları keçirməyi planlaşdırmasa da, ordusuna taktiki, strateji və lojistik dəstək verə bilər.