Fazil Məmmədov nazir müavini təyin edildi

Fazil Məmmədov nazir müavini təyin edildi
SİYASƏT 06 Oktyabr 2026 17:20
Fazil İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.

Qeyd edək ki, F.Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparat rəhbərinin müavini vəzifəsində çalışırdı.