Hörmüzdə neft daşımaları əvvəlki səviyyəyə qayıtdı

Hörmüzdə neft daşımaları əvvəlki səviyyəyə qayıtdı
Dünya 07 Oktyabr 2026 13:26
Hörmüz boğazı vasitəsilə həyata keçirilən neft daşımalarının həcmi faktiki olaraq münaqişədən əvvəlki səviyyəyə qayıdıb.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

Afinada Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritislə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edən Rubio deyib: "Hazırda boğazdan demək olar ki, münaqişə başlamazdan əvvəlki qədər neft keçir".