Azərbaycanda bu şəxslərin gəlirləri vergiyə cəlb ediləcək
Özəl məhkəmə ekspertinin gəlirləri vergiyə cəlb ediləcək.
Sitat.info xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir.
Bildirilib ki, məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqaviləyə əsasən alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyekti hesab ediləcək.
Qeyd edək ki, həmin gəlirdən 10 faiz dərəcə ilə vergi tutulacaq.