Ceyhun Bayramov Türkmənistana getdi

Ceyhun Bayramov Türkmənistana getdi
SİYASƏT 07 Oktyabr 2026 11:10
7 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.

Sitat.info xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında və Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları, eləcə də yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.