Pensiyaların ödəniləcəyi tarix açıqlandı

Pensiyaların ödəniləcəyi tarix açıqlandı
SOSİAL, İQTİSADİYYAT 07 Oktyabr 2026 13:15
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub

Bu barədə Sitat.info-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.