Lombarddan 22 min manatlıq oğurluq edildi
Sabunçu rayonunda lombardların birindən 7500 manat pul və 14500 manat dəyərində qızıl-zinət əşyaları talanıb.
Bu barədə Sitat.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin lombardda çalışan A.Əsgərov müəyyən olunaraq saxlanılıb.