Paşinyan: Ermənistan Rusiya ilə dəmir yolu sazişini ləğv edə bilər
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin dəmir yollarının idarə olunmasına dair Rusiya ilə konsessiya sazişini ləğv etmək üçün hüquqi əsaslara malik olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Paşinyanın sözlərinə görə, buna baxmayaraq, Ermənistan hakimiyyəti “ultimatum dili” ilə hərəkət etmək istəmir.
Baş nazir alternativ olaraq dəmir yollarının idarəçiliyinin həm Rusiya, həm də Ermənistan üçün məqbul olan üçüncü ölkəyə verilməsini təklif edib.