Bu rayonun 5 kəndində qaz KƏSİLƏCƏK  

Bu rayonun 5 kəndində qaz KƏSİLƏCƏK  
SOSİAL 07 Oktyabr 2026 18:17

Sabah Masallı rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Sitat.info bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad və Qodman kəndlərinin qaz təchizatında müvəqqəti dayandırılacaq.