84 yaşlı kişi güllə yarasından ÖLDÜ

84 yaşlı kişi güllə yarasından ÖLDÜ
HADİSƏ 07 Oktyabr 2026 17:47

Gədəbəy rayon sakini yaşadığı evin həyətində ov tüfəngindən açılan atəş nəticəsində vəfat edib.

Sitat.info qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Pirbulaq kəndində qeydə alınıb.

1942-ci il təvəllüdlü Yolçu Alıyevin meyiti yaxınları tərəfindən aşkar edilib. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma başlanılıb.