Qaradağdakı qəzaya görə cinayət işi açıldı

Qaradağdakı qəzaya görə cinayət işi açıldı
HADİSƏ 07 Oktyabr 2026 19:00

Qaradağda 4 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Sitat.info xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, bu gün saat 14:20 radələrində Bakı–Qazax avtomobil yolunun 21-ci kilometrliyində “Mercedes Atego” markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb. Nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.