"Real Madrid" Arda Gülərlə yeni müqavilə imzalayır

\"Real Madrid\" Arda Gülərlə yeni müqavilə imzalayır
İdman 05 Oktyabr 2026 19:48

"Real Madrid" klubu türkiyəli yarımmüdafiəçisi Arda Gülərlə yeni müqavilə bağlamağa hazırlaşır.

Sitat.info xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Məlumata görə, tərəflər yeni müqavilənin bütün detallarını razılaşdırıblar. Yeni sözləşmənin müddətinin 2031 və ya 2032-ci ilin yayına qədər olması nəzərdə tutulur. Eyni zamanda, gənc futbolçunun məvacibinin də əhəmiyyətli dərəcədə artırılacağı bildirilir.

"Kral klubu"nun bununla bağlı rəsmi açıqlamanı yaxın vaxtlarda verəcəyi gözlənilir.

Qeyd edək ki, 21 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununadəkdir.