Qusarda evdə yanğın: 1 nəfərin meyiti tapıldı

Qusarda evdə yanğın: 1 nəfərin meyiti tapıldı
HADİSƏ 12 Oktyabr 2026 16:17

Qusar rayonunun Quxuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

Sitat.info xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

    Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

    Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

    Hadisənin təfərrüatları dəqiqləşdirilir.