Aparat rəhbəri vəzifəsindən getdi 

Aparat rəhbəri vəzifəsindən getdi 
SOSİAL 13 Oktyabr 2026 09:47
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə aparat rəhbəri Yuliya Pasternak vəzifəsindən ayrılıb.

Sitat.info bildirir ki, o, öz ərizəsi ilə işdən çıxıb.

Pasternakın ərizəsi qəbul edilib. Onun hansı səbəbdən işdən ayrıldığı hələlik bəlli deyil.

Rəhbər vəzifələrdə başqa dəyişikliklərin də olacağı gözlənilir.

Qeyd edək ki, Y.Pasternak bu vəzifəyə ötən ilin oktyabrında təyin olunmuşdu./Xitab24.az