AFFA “Neftçi”ni 5 min cərimələdi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sitat.info xəbər verir ki, iclasda Misli Premyer Liqasının 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar verilib.
“Araz-Naxçıvan”– “Kəpəz” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 2000 manat cərimə edilib.
“Neftçi”– “Sabah” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 5000 manat cərimə edilib.
Oyunda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” 700 manat cərimə edilib.
"İmişli”– “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 2500 manat cərimə edilib.