Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşdü
Oktyabrın 13-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sitat.info xəbər verir ki, görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, bu qələbəyə aparan döyüş təcrübəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib.
Tərəflər Azərbaycan ilə Kamboca arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Görüşdə müdafiə və təhlükəsizlik sahələrində əlaqələrin genişləndirilməsinin, o cümlədən birgə təlimlərin keçirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.