Bu istiqamətə əlavə qatar reysləri təyin edildi

Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
SOSİAL 14 Oktyabr 2026 13:23
Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün 17-18 oktyabrda Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək.

Bu barədə Sitat.info-ya ADY-dən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, bu istiqamətlərə Bakı–Qazax–Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

"Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - məlumatda qeyd olunub.