Tramp Ərdoğanı “möhtəşəm dostum” adlandırıb
ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı möhtəşəm dostu adlandırıb və ona böyük hörmət bəslədiyini bildirib.
Sitat.info xəbər verir ki, Tramp Ağ Evdən çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
“Türkiyə Prezidenti Ərdoğan mənim möhtəşəm dostumdur, ona böyük hörmətim var”, – deyə ABŞ Prezidenti vurğulayıb.
ABŞ Prezidenti əvvəlki açıqlamalarında da Ərdoğanla uzun illərə söykənən dostluq münasibətlərinin olduğunu vurğulayıb. Onun son açıqlaması iki lider arasındakı şəxsi münasibətlərin yenidən gündəmə gəlməsinə səbəb olub.
Aytac,
Sitat.info