Elxan Müzəffərov dünyasını dəyişdi
Tarzən Elxan Müzəffərov dünyasını dəyişib.
Sitat.info xəbər verir ki, Elxan Müzəffərov bir vaxtlar Əhsən Dadaşovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının üzvü olmuş və sonralar "Vətən" ansamblına rəhbərlik edib.
O, uzun müddət Asəf Zeynallı adına Musiqi Kollecində dərs demiş, Azərbaycan tar ifaçılığı sənətinin inkişafına və yeni tarzən nəslinin yetişməsinə mühüm töhfələr vermişdir.
E.Müzəffərov “Rast”, “Xocəstə”, “Dəşti”, “Nəva”, “Şur” və “Dügah” kimi klassik muğamların ifaçısı kimi tanınıb.