Goranboyda yol qəzası baş verdi - 5 yaralı

 Goranboyda yol qəzası baş verdi - 5 yaralı
HADİSƏ 14 Oktyabr 2026 16:50

Goranboyda yol qəzası baş verib, xəsarət alanlar var.

Sitat.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb.

"Chevrolet" markalı avtomobillə "VAZ 2107" markalı maşın toqquşub.

İlkin məlumata görə, qəza zamanı beş nəfər - Samir Abdullayev (1998), Elxan Nəsibov (1999), Röyal Məmmədov (1988), S. Bayramov (2024) və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalardan birinə yerləşdirlib.

Faktla bağlı araşdırma başlanılıb (Teleqraf).

Medial