Şavkat Mirziyoyev Bakıya gəlir

Şavkat Mirziyoyev Bakıya gəlir
SİYASƏT 14 Oktyabr 2026 17:00

Özbəkistan Respublikası Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 14-də Bakı şəhərinə yola düşüb.

Sitat.info xəbər verir ki, bu barədə məlumat Özbəkistan liderinin "X" hesabında paylaşılıb.

    Bildirilib ki, dövlət başçısı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.

    Həmçinin xarici nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüş və danışıqların keçirilməsi nəzərdə tutulur.