Xaker dövlət portalını sındırdı

Xaker dövlət portalını sındırdı
HADİSƏ 14 Oktyabr 2026 16:36

Bir xaker mütəxəssislərin həm ən populyar, həm də ən zəif hesab etdikləri şifrələrdən birini daxil etməklə Danimarkanın dövlət reyestrinə sızmağa və ölkə sakinlərinin on milyonlarla qeydinə çıxış əldə etməyə nail olub.

Sitat.info xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Həmin şəxs hazırda ölkənin demək olar ki, bütün sakinlərinə aid 88 milyon qeydə çıxışı olduğunu iddia edir. Sızma, reyestrlə işləyən kənar İT şirkətinə məxsus hesab vasitəsilə baş verib. Xaker sistemə "12345" şifrəsini daxil etməklə müdaxilə edə bildiyini açıqlayıb.

Dövlət reyestrindəki məlumat sızması, verilənlər bazasına qeyri-adi sorğuların göndərilməsindən 12 gün sonra aşkar edilib.