İsrail prezidenti Azərbaycandadır
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
Sitat.info xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda İsrail prezidentini Azərbaycanın baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.