Salyanda təkəri partlayan TIR arakəsməyə çırpılaraq aşdı

Salyanda təkəri partlayan TIR arakəsməyə çırpılaraq aşdı
HADİSƏ 14 Oktyabr 2026 16:11

"Salyan rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi Ələt-Astara yolunun 56-cı kilometrliyində qeydə alınıb".

Sitat.info xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilib.

"Bu gün saat 12:30-da A.Nuriyevin idarə etdiyi "Mersedes Atego" markalı yük avtomobili idarəetmədən çıxıb.

Nəticədə nəqliyyat vasitəsi yolun ortasındakı arakəsməyə çırpılaraq aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.