Onlar Bakıda görüşdülər - FOTO

Onlar Bakıda görüşdülər - FOTO
SİYASƏT 14 Oktyabr 2026 18:21

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Məşvərət Şurasının (AQEM) sammitində iştirak etmək üçün Bakıya gəlib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova öz teleqram kanalında məlumat yayıb.

Zaxarovanın bildirdiyinə görə, paytaxt Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov Çin Xalq Respublikasının Xarici İşlər naziri Van İ ilə ikitərəfli görüş keçirib.