Azərbaycan millisi Slovakiyaya qarşı

Azərbaycan millisi Slovakiyaya qarşı
İdman 15 Oktyabr 2026 13:12
Minifutbol üzrə Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət minifutbol yığması Xorvatiyada keçirilən dünya çempionatında bu gün növbəti oyununa çıxacaq.

Sitat.info xəbər verir ki, komanda Slovakiya millisi ilə üz-üzə gələcək. 

Qarşılaşma Bakı vaxtı ilə saat 13:40-da start götürəcək.

Qeyd edək ki, U-23 daha əvvəl Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çexiyanı üstələyib (hər ikisi 4:2), Rumıniya ilə heç-heçə (3:3) edib.